Oxu.az saytına istinadən ain.az xəbər verir.
Britaniyalı sürücü avtomobili üçün qeyri-adi bir naviqasiya sistemini dizayn edib.
Oxu.Az "Yanko Design"a istinadən xəbər verir ki, sistem xəritəni məşhur yarış simulyatoru "Need for Speed Underground 2" üslubunda göstərir.
Dizayner əsas olaraq 20 dollarlıq mikrokontrollerdən istifadə edib. O, Böyük Britaniya xəritəsini faktiki olaraq 2,5 milyon fraqmentə bölüb və nəticədə 236 GB məlumat əldə edib. Naviqator 800x800 pikselli 3,4 düymlük ekranla təchiz olunub.
Xatırladaq ki, "Need for Speed Underground 2" 2004-cü ildə buraxılıb.




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.