Pentaqon bir sıra problemlərə baxmayaraq, Amerikanın beşinci nəsil "F-35 Lightning II" qırıcı təyyarəsinin inkişaf və istehsal proqramını maliyyələşdirməyə davam edir. Bu, agentliyin əsas podratçıya nəzarəti təmin edə bilməməsini göstərir.
Publika.az xəbər verir ki, bu barədə The National Interest (TNI) məlumat yayıb.
"Lockheed Martin" şirkətinin F-35 proqramı xərclərin artması, son tarixlərin gecikməsi və təyyarələrin zəif hazırlığı ilə məşhurdur.
Xüsusilə, Pentaqonun Baş Müfəttiş Ofisinin hesabatında "F-35" donanmasının orta döyüş hazırlığı səviyyəsinin 50 faiz olduğu vurğulanıb. Bu, qismən Müdafiə Nazirliyinin "Lockheed Martin" şirkətini F-35-lərin texniki xidməti ilə bağlı qeyri-qənaətbəxş performansa görə ardıcıl olaraq məsuliyyətə cəlb etməməsi ilə bağlıdır.