Bakı. TurkicWorld:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.
TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:
"Qoy Azərbaycan xalqının birliyi və həmrəyliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! Yeni il hər bir ailəyə cansağlığı, sevgi, sevinc və xoşbəxtlik gətirsin! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin mübarək!