AZ

Futbola yeni qayda gəlir

FIFA futbol oyunlarında yeni qayda tətbiq edə bilər. Metbuat.az xəbər verir ki, yeni qayda ofsayd qaydası ilə bağlıdır. Bildirilir ki, yeni qaydaya əsasən hücumda olan oyunçunun bütün bədəni rəqibin sonuncu müdafiəçisini qabaqlasa ofsayd hesab ediləcək.

Qeyd edək ki, bu qaydanı keçmiş məşqçi Arsen Venger irəli sürmüşdü və qayda “Arsen Venger ofsaydı" kimi təqdim edilir. Bundan əvvəl yeni qayda Ərəb Millətləri Kuboku matçlarında tətbiq edilmişdi. Beynəlxalq Futbol Assosiasiyaları Şurası və Baş Assambleyanın qərarından sonra yeni qayda qüvvəyə minə bilər.

Seçilən
122
metbuat.az

1Mənbələr