AZ

Gücümüz həmrəyliyimizdir

Mingəçevirdə şəhər icra hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığıı ilə "Heydər Əliyev - Azərbaycanda Həmrəylik Gününü yaradan tarixi şəxsiyyətdir" mövzusunda "dəyirmi masa" keçirilib. 

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbir Həmrəylik Günü ilə bağlı çəkilmiş sənədli filmin nümayişi ilə davam edib. Geniş məruzə ilə çıxış edən ŞİH-in başçısı İlham İsmayılov XX  əsrin sonlarında Azərbaycanda mövcud olan xaos və anarxiyanın qarşısını qətiyyətlə alan Heydər Əliyevin dövlətçiliyimizi qorumaq naminə gördüyü işlərdən danışıb. Dünya azərbaycanlılarının həmrəyliyini təmin etmək, milli birliyimizi bərqərar etmək, xalqın həyat tərzini yaxşılaşdırmaq, güclü dövlət qurmaq və müstəqilliyimizi qorumaq, ordu quruculuğu, reallıqları, dövlətimizin haqq işini dünyaya tanıtmaq və bu  kimi mühüm hadisələri həyata keçirməklə xalq sevgisi qazanan Ulu Öndərin fəaliyyətindən maraqlı faktları diqqətə çatdırıb. Bu siyasəti uğurla davam etdirən güclü lider, qalib Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin qürur tariximiz olduğunu vurğulayan natiq hər kəsi dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. 

YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev dünya azərbaycanlılarının birliyindən, diaspor təşkilatlarının fəaliyyətindən danışıb. Partiya veteranlarından Mirzə Cavadov, həmçinin partiya üzvləri  Pərvanə Tahirova, Yasin  Cavadov, Mənsur Həsənov çıxışlarında  bayramla əlaqədar fikirlərini bölüşərək təbriklərini çatdırıblar.

Lazım QULİYEV,        

"Azərbaycan"

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr