AZ

Seneqal Afrika Millətlər Kubokunun pley-offunda

style='margin-bottom:10px;'>

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turu davam edir.

QOL.az xəbər verir ki,  ötən gecə Seneqal millisi Beninlə qarşılaşıb. Oyun Mərakeşdəki "Stade İbn Battouta" stadionunda olub. Görüş 3-0 hesabı ilə Seneqalın xeyrinə başa çatıb. 

Hesabı 38-ci dəqiqədə müdafiəçi Əbdülay Sek açıb. 62-ci dəqiqədə yarımmüdafiəçi Həbib Diallo Seneqalın üstünlüyünü artırıb. 90+7-ci dəqiqədə yarımmüdafiəçi Şerif Ndiaye penaltidən fərqlənərək son nöqtəni qoyub.

Qrup mərhələsindəki 3 oyundan sonra Seneqalın 7 xal toplayıb və D qrupunda 1-ci yeri tutub. Nəticədə Seneqal pley-offa vəsiqəni təmin edib.

Seçilən
48
teleqraf.com

1Mənbələr