AZ

Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var

Rusiya qoşunlarının gecə raket və dron hücumları nəticəsində Ukraynanın Odessa şəhəri atəşə tutulub, azı dörd nəfər xəsarət alıb.Bu barədə "RBK-Ukraina" xəbər yayıb.

Zərbələrdən sonra evlər və avtomobillər yanıb.Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak iki rayonda çoxmərtəbəli binaların vurulduğunu və bir binada mənzil yanğınının baş verdiyini, nəticədə üçü uşaq da daxil olmaqla dörd nəfərin xəsarət aldığını qeyd edib.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper fövqəladə xidmətlərin hadisə yerində işlədiyini bildirib.

Seçilən
12
anews.az

1Mənbələr