ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşıdan gələn ildə Rusiya Prezidenti Vladimir Putinlə birlikdə ikitərəfli əməkdaşlığın inkişafında yeni uğurlara nail olmağı qarşısına məqsəd qoyduğunu bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Si Cinpin Rusiya prezidentinə ünvanladığı yeni il təbrikində qeyd edib ki, 2026-cı ildə Çin–Rusiya strateji tərəfdaşlığının qurulmasının 30 illiyi, eləcə də iki ölkə arasında Yaxşı qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 25 illiyi qeyd olunacaq.
“Cənab Prezident, mən sizinlə birlikdə, birgə səylərimizlə yeni dövrdə Çin–Rusiya münasibətlərinin davamlı inkişafı naminə yeni nailiyyətlər əldə etməyə hazıram”, – deyə Çin lideri vurğulayıb.
Si Cinpin xatırladıb ki, Çin və Rusiya 2026–2027-ci illərdə Təhsil üzrə Qarşılıqlı İllər çərçivəsində bir sıra tədbirlər keçirməyi planlaşdırır. O həmçinin bildirib ki, Pekin və Moskva BMT də daxil olmaqla müxtəlif çoxtərəfli platformalarda bir-birini dəstəkləyir, həmçinin qlobal idarəetmə sisteminin islahı və təkmilləşdirilməsinə töhfə verir.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.