AZ

Çempion məşqçi ilə müqavilə yeniləndi

“Flamenqo” baş məşqçi Filipe Luislə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, Braziliya klubunun mətbuat xidmətinin məlumatına görə, 40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb.

Braziliyalı mütəxəssis 2024-cü ildən “Flamenqo”nu çalışdırır. A seriyası təmsilçisi Filipe Luisin rəhbərliyi altında Braziliya çemponu olub, Libertadores Kubokunu, Braziliya kubokunu və superkubokunu qazanıb.

Seçilən
140
1
football-plus.az

2Mənbələr