“Sənəti zooparka çeviriblər”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Gün ortası” verilişində səsləndirib. O, həmkarlarını qınayıb:
“Başqasının uğuruna hirslənmək, onun qarşısını almaq, kömək etməmək, bunların hamısı şizofreniyanın əlamətləridir. Bunlar yaxşı deyil. Belə söhbətlər ayıbdır. Biz, gör, hara gəlib çıxdıq. Sənəti nə günə qoydunuz? Sənəti zooparka çevirdiniz. Elə bir dövrə gəlmişik ki, hər kəs bir parça çörəkpulu qazanmaq istəyir. Mən də çörəkpulu məsələsinə çatanda artıq heç bir şey deyə bilmərəm”.
Aytac Əliyeva
Telegram kanalımız