AZ

Zəruri əməliyyat

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri əməliyyat olunub."Football-plus.az" xəbər verir ki, Roma təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 66 yaşlı mütəxəssis ürəyində yaranan problem səbəbindən əməliyyat olunub. Həkimlər onda qulaqcıqların fibrilyasiyası (ürək ritminin pozulması) aşkar ediblər. Məlumata görə, mütəxəssisin əməliyyatı uğurla başa çatıb. Təcrübəli çalışdırıcının yaxın günlərdə komandadakı işini bərpa edəcəyi bildirilir.Sarri bu il yenidən “Latsio”ya baş məşqçi təyin olunub. O, daha əvvəl 2021-24-cü illərdə də paytaxt klubunu çalışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
icma.az

2Mənbələr