AZ

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Rusiya ordusu dekabrın 30-dan 31-nə keçən gecə Odessaya zərbə dronları ilə hücum edib.

Bizim.Media Ukrayna KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində çoxmərtəbəli binalara ziyan dəyib, xəsarət alanlar var.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, gecə hücumu nəticəsində beş nəfər xəsarət alıb.
 

Lısakın verdiyi məlumata əsasən, xəsarət alanlar arasında vəziyyəti ağır olan 42 yaşlı kişi, orta ağır vəziyyətdə olan 7 aylıq körpə, 14 yaşlı yeniyetmə və 8 yaşlı qız uşağı var. Bütün yaralılar tibbi müəssisələrə çatdırılıb.


Şəhər hərbi administrasiyasının rəhbəri əlavə edib ki, şəhərin bir hissəsində elektrik, su və istilik təchizatı kəsilib.

Hücumun əsas hədəfi yenidən mülki və enerji infrastrukturu olub. Regionun yaşayış məntəqələrindən birində isə zərbə nəticəsində logistika şirkətinə məxsus anbarlarda yanğın baş verib.


Bizim.Media

Seçilən
90
bizim.media

1Mənbələr