AZ

Bu qidanı tam bişirin, yeni il gecəniz kabusa çevrilməsin!

Yeni il gecəsi süfrələrin vazkeçilməz qidalarından biri sayılan hinduşka ətinin düzgün bişirilməsi sağlamlıq baxımından olduqca vacibdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hinduşka əti tam bişirilmədən, xüsusilə də az bişmiş halda istehlak olunarsa, bu, ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, hinduşka ətində salmonella və kampilobakter kimi zərərli bakteriyalar mövcud ola bilər. Bu mikroorqanizmlər yalnız yüksək temperaturda və kifayət qədər uzun müddət bişirməklə məhv edilir. Ətin iç hissəsinin çəhrayı və ya qanlı qalması onun hazır olmadığını göstərir və bu halda istehlak edilməsi təhlükəlidir.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirirlər ki, hinduşka əti ən azı 75°C daxili temperatura çatana qədər bişirilməlidir. Bişirmə zamanı iri tikələrin və ya bütöv hinduşkanın daxili hissəsinin də bərabər şəkildə istilik almasına diqqət yetirilməlidir.

Yeni il şənliyi zamanı sağlamlığınızı riskə atmamaq üçün hinduşka ətinin tam bişdiyinə əmin olun, az bişmiş və ya şübhəli görünən ət məhsullarını isə qətiyyən süfrəyə çıxarmayın. Bu, bayramı xoş və problemsiz keçirməyin əsas şərtlərindən biridir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr