AZ

BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmişiş rejimində xidmət aparır.

Bu barədə Trend-əİdarədən məlumat verilib.

Bildirilir ki, hazırda güclü küləklə əlaqədar yollarda yaranabiləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublikaəhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yükavtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəzaehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarəthəyata keçirilir.

Küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet,skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddicətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyatvasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrləartır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələrivə piyadalar üçün real təhlükədir.

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə,yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişliçatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciətedərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlikqaydalarına ciddi yanaşmağı xahiş edir.

Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütünhərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yolarzulayırıq!

Seçilən
73
28
az.trend.az

10Mənbələr