AZ

Nazir: Ordumuz Qarabağda Vətənimizin keşiyində ayıq-sayıq dayanmaqla quruculuq işlərinə töhfə verir

Azad edilən ərazilərdə rəşadətli Azərbaycan Ordusu Vətənin keşiyində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, layiqli töhfələrini verir.

"Report" xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb.

"Əminəm ki, Azərbaycanın Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq bundan sonra da daima döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız", - nazir vurğulayıb.

Seçilən
78
far.az

1Mənbələr