"Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etmək üçün dronlardan istifadə etdiyinə dair heç bir inandırıcı dəlil yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazır.
Fransa prezidenti Emmanuel Makrona yaxın mənbə qəzetə bildirib ki, Rusiyanın Ukraynaya hücumlarını artırması özlüyündə ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə qarşı çıxmaq aktıdır.
"Tərəfdaşlarımızla məlumatı yoxladıq. Rusiya hakimiyyətinin iddialarını dəstəkləyən heç bir inandırıcı dəlil yoxdur. Rusiya hakimiyyətinin açıqlamarı baş verənlər barədə bir-biri ilə ziddiyyət təşkil edir", - deyə mənbə qeyd edib.
Bakıvaxtı.az