AZ

Həmədanda etirazlar genişlənir: təhlükəsizlik qüvvələrinin müdaxiləsi gərginliyi artırıb

İranın müxtəlif şəhərlərində davam edən etiraz aksiyaları üçüncü gecəyə keçib. 

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Həmədan şəhərində repressiv qüvvələr bir bankın qapılarını sındırıb.

Etirazlar əsasən iqtisadi çətinliklər və sosial narazılıqlar fonunda baş verir. Hadisələrə təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra şəhərdə vəziyyət daha da gərginləşib.

Şahidlərin sözlərinə görə, müdaxilə zamanı qarşıdurma yaranıb, sakinlər arasında narahatlıq artıb. Etirazların miqyası və digər şəhərlərə yayılıb-yayılmaması ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr