“Hər birimiz istərdik ki, Azərbaycan futbolu inkişaf etsin, gözəl yerlərdə olsun“.
Bu sözləri “YaaRa“ tekstilin təsisçisi və direktoru Yaqut Bayrama aiddir.
Tanınmış xanım iş adamı futbol publikasının ölkəmizdə fəaliyyət göstərən klublara bir qədər soyuq münasibətindən danışıb.
İdman sferasına bağlı olan, indiyədək bu sahədə bir sıra sosial layihələr həyata keçirmiş Y.Bayram təəssüf hissi ilə qeyd edib ki, azarkeşlərin 70-80 faizi Azərbaycana aid olmayan komandalara simpatiya ilə yanaşır.
Bildirib ki, əgər onlar «Qarabağ», «Neftçi», «Zirə», «Araz-Naxçıvan» və digər klublarımıza diqqət göstərməsə, futbolumuzun səviyyəsini qaldırmaq mümkün olmayacaq.
«Hər işdə uğur sevgi və ruh yüksəkliyindən asılıdır» prizmasına istinad eləyən müsahib deyib ki, Premyer Liqa və I Liqa təmsilçiləri «12-ci oyunçu»nun dəstəyini alarsa, vəziyyət yaxşılığa doğru dəyişəcək.
“SPORTİNFO TV“