AZ

Deputata yeni vəzifə verilib

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Sərəncama əsasən, Agentliyin Müşahidə Şurasının yeni tərkibi 7 nəfərdən ibarət olacaq. Onlardan 3-ü dövlət qurumlarının, 4-ü isə QHT-lərin nümayəndələridir.

Müşahidə Şurasında təmsil olunan qurumlar artıq təmsilçilərini təqdim edib, adlar məlumdur.

Modern.az-ın məlumatına görə, QHT Agentliyininin Müşahidə Şurasına seçilənlərdən biri deputatdır.

Belə ki, Milli Məclisin üzvü Rizvan Nəbiyev “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi Müşahidə Şurasında təmsil olunacaq.

Qeyd edək ki, Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, Bakı Dövlət Universitetində bakalavr (1997) və Almaniyanın Saarland Universitetində magistr (1999) təhsilini bitirib.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, beynəlxalq hüquq və Avropa hüququ, tərcüməçi-referent (Alman dili) ixtisaslara malikdir.

2003-cü ildən siyasi elmlər doktorudur.

2004–2008-ci illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində attaşe, 3-cü və 2-ci katib işləyib. 2009–2011-ci illərdə XİN-də 1-ci katib, Qərbi və Mərkəzi Avropa şöbəsinin müdiri olub. 2011–2016-cı illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində müşavir vəzifəsində çalışıb. 2022-2024-cü illərdə XİN-nin Linqvistika idarəsinin rəisi işləyib.

2024-cü ildə 49 saylı Abşeron II seçki dairəsindən Milli Məclisə bitərəf deputat seçilib.

Seçilən
36
4
modern.az

5Mənbələr