Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Şərq massivi ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
Sakinlərdən "AzPolitika"ya daxil olan məlumatlara görə, saatlarla davam edən kəsinti ərazidə yaşayan minlərlə insana ciddi çətinliklər yaradır: evlərdə işıq, istilik və digər zəruri cihazlar işləmir, xüsusilə soyuq qış günlərində bu vəziyyət dözülməz hala çevrilib.
Ən narahat edən məqam isə odur ki, problem barədə rəsmi qurumlar tərəfindən heç bir rəsmi izahat və ya açıqlama verilməyib. Sakinlər cavabsız qalıb, kəsintinin nə vaxt bitəcəyi barədə məlumat yoxdur.
Belə hallar əhalinin gündəlik həyatına ciddi təsir göstərir və aidiyyəti qurumların operativ reaksiyasını tələb edir. Ümid edirik ki, problem tezliklə həll olunacaq!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.