AZ

Təxminən bir milyard Android istifadəçisi təhlükəsizlik riski ilə üz-üzədir

Bakı. Trend:

Təxminən bir milyard "Android" istifadəçisinin təhlükəsizlik vəşəxsi məlumatlarını riskə atır.

Trend xəbər verirki, bu barədə "Android Headlines" nəşri məlumat yayıb.

İxtisaslaşmış media qurumunun jurnalistləri "StatCounter"hesabatını təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Androidsmartfon istifadəçilərinin təxminən 30 faizi əməliyyat sistemininköhnə versiyalarından – "Android 13" və ya daha əvvəlkiversiyalardan istifadə etməyə davam edir. Müəlliflərin fikrincə, bucür cihazlar fırıldaqçılar və haker hücumlarına daha həssasdır.

Məqalədə qeyd olunur ki, hazırda bir sıra smartfonistehsalçıları yeniləmələr və təhlükəsizlik yamaları ilə 5–7 iləqədər dəstək təmin edə bilirlər. Lakin 2022-ci ildə "Android 13"təqdim olunarkən bu praktika geniş yayılmamışdı və əksər telefonlarcəmi 2–3 il müddətində dəstək alırdı. Bu səbəbdən köhnə əməliyyatsistemlərindən istifadə edən cihaz sahiblərinə telefonlarınıyeniləmək tövsiyə olunub.

Jurnalistlər vurğulayıblar ki, "Android 13" və daha köhnəversiyalarda fundamental problem yoxdur. Bununla belə, iki və ya üçil əvvəl buraxılmış əməliyyat sistemi ilə işləyən bəzi modellərinyaxın gələcəkdə yeniləmələri almağı dayandıra biləcəyi də qeydedilib.

Seçilən
43
az.trend.az

1Mənbələr