AZ

Avropalılar Zelenskiyə: “Trampla ehtiyatlı davran”

AzVision.az xəbər verir ki, Almaniyanın “Spiegel” nəşriZelenskinin ABŞ-yə səfəri ərəfəsində onun Avropa liderləri ilə keçirdiyi videokonfransın ingilis dilində stenoqramını əldə edib.

“Telekörpünü təşkil edən Almaniya kansleri Fridrix Merts bildirib ki, Zelenski üçün ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və bərpa işləri üzrə ABŞ ilərazılığa gəlmək yollarını tapmaq vacibdir. Merts Ukrayna prezidentindən“çox uzağa getməməyi”və eyni zamanda “ehtiyatlı” olmağı xahiş edib”, - nəşr yazır.

Məsələ ilə bağlı nəşrin sorğusunun cavabında Almaniya hökumətinin sözçüsü federal hökumətin məxfi danışıqların təfərrüatlarını şərh etmədiyini bildirib.

Eyni zamanda, söhbətin digər iştirakçısı telekonfrnasın məzmununun dəqiq əks etdirildiyini təsdiqləsə də, məxfi söhbət olduğundan ayrı-ayrı sitatların şərhindən boyun qaçırıb.

Sənədə əsasən, Fransa prezidenti Emmanuel Makron avropalıları təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməyə və iştirakını mümkün qədər tez yekunlaşdırmağa çağırıb.

NATO-nun baş katibi Mark Rütte də analoji mövqe sərgiləyib:avropalılar prosesi tormozlayan tərəf kimi görünməməlidir.

Bununla belə, bir sıra hökumət başçıları qeyd ediblər ki, təhlükəsizlik təminatları və hətta qoşunların yeridilməsi məsələlərinə parlamentlər tərəfindən baxılması zəruridir.

Zelenski:“Ukrayna buna gedə bilməz”
Telekonfrans zamanı Danimarka, İsveç və Norveçin baş nazirləri Ukrayna prezidentindən Trampla görüşdən sonra mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı Amerikanın vədləri barədə mümkün qədər ətraflı məlumat verməsini istəyiblər.

Bunun“kağız üzərində” görünməsi lazım olduğu ifadəsi, Ukrayna prezidentinin təhlükəsizlik təminatlarına dair qəti öhdəliklər olmadan ərazi məsələlərində rəsmi güzəştə getməməsi tövsiyəsi də dəfələrlə səsləndirilib.

Merts həmçinin vurğulayıb ki, onlar sülh sazişinin bir hissəsi olmağa hazırdırlar, lakin imzalanmadan əvvəl onun məzmununu bilməlidirlər.

- Bir çox dövlət və hökumət başçıları Zelenskiyə Trampdan Rusiyanın sülh planının hazırkı variantı ilə bağlı mövqeyini soruşmağı tövsiyə ediblər. İtaliyanın baş naziri Corca Meloni, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts də Zelenskini, avropalıların və ukraynalıların son həftələrdə amerikalılarla birlikdə müzakirə etdiyi sülh planına Rusiya "yox" deyəcəyi halda, nə Trampdan nə edəcəyini soruşmağa çağırıb”, - stenoqramda vurğulanır.

Xatırladaq ki, dekabrın 28-də Amerika lideri ilə onun Mar-a-Larqo malikaməsində görüşündən sonra Ukrayna prezidenti sülh planının 90% razılaşdırıldığını, lakin iki əsas problemin hələ də öz həllini tapmadığını bildirib. Bununla belə, dekabrın 30-da Zelenski danışıqlar prosesinin bir hissəsi kimi müharibənin nizamlanmasına dair hazırlanmış bəzi sənədlərin gələn ilin yanvarında imzalanmağa hazır olacağını iddia edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
32
1
azvision.az

2Mənbələr