Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüdə olan polis polkovniki Vaqif Əsədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə xalqımızı təbrik edib.Təbrikdə deyilir:“Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən milli kimliyimiz, dilimiz, mədəniyyətimiz və Vətən sevgimizdir. Bu əlamətdar gün azərbaycanlıların birlik, həmrəylik və milli birliyinin rəmzidir.Yeni ilin hər birinizə möhkəm can sağlığı, ailə səadəti, firavanlıq və uğurlar gətirməsini arzulayıram. Qoy yeni il ümidlərimizi gerçəkləşdirsin, Vətənimiz daim sülh, inkişaf və tərəqqi yolu ilə irəliləsin.Bayramınız mübarək olsun! Dünya azərbaycanlılarının həmrəyliyi daim, gələcəyimiz işıqlı olsun”!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


