AZ

600 min suriyalı Türkiyədən vətəninə qayıdıb

BAKI, 31 dekabr. TELEQRAF

Suriyada sülhmöhkəmləndikcə könüllü geri dönüşlər də artıb, son bir ildə 600 min suriyalı qonağımız vətəninə qayıdıb.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni il münasibətilə videomesajda deyib.

"Türkiyə olaraq ərəb, kürd, türkmən, sünni, şiə, ələvi fərq etmədən Suriya xalqının sülh və təhlükəsizliyi üçün yeni hökumətə lazımi dəstəyi verəcəyik", - deyə Ərdoğan əlavə edib.

Seçilən
30
5
teleqraf.com

6Mənbələr