"Qarabağ"da yanvar ayında ayrılıqlar yaana bilər.
Namizədlərdən biri də Marko Yankoviçdir.
Monteneqrolu yarımmüdafiəçi ilə "Panatinakos" maraqlanır.
Yunanıstan nəhəngi 7-8 aydır Markonı diqqət mərkəzində saxlayır. Ellada təmsilçisi artıq ona görə Ağdam klubuna rəsmi təklif göndərib.
"Panatinakos"un ödəməyə hazır olduğu məbləğ gülüş doğura bilər - cəmi 300 min avro. Onlar bu rəqəmi maksimum 100 min avro artıra biləcəkləri barədə "köhlən atlar"ı məlumatlandırıb.
Üç ildir ölkəmizdə legioner həyatı yaşayan 30 yaşlı balkanlının "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.
Cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
SPORTİNFO.AZ