AZ

Gürcüstanda 20 milyon dollar dəyərində 157 kq heroin müsadirə olunub

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “qara bazar”dadəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə iri heroinpartiyasını müsadirə ediblər.

Trend Gürcüstanmediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanıölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzeməlumat verib.

Onun sözlərinə görə, dekabrın 30-da keçirilən əməliyyat zamanıİran vətəndaşı saxlanılıb. Saxlanılan şəxs yük avtomobili ilə qonşuölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotik vasitələr mərmərlövhələrin içərisində gizlədilib.

Nazir müavini bildirib ki, Daxili İşlər Nazirliyi cinayətdəiştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətindəistintaqı davam etdirir.

Qeyd edilib ki, istintaq Cinayət Məcəlləsinin ömürlük həbscəzasını nəzərdə tutan maddələri üzrə aparılır.

Seçilən
80
az.trend.az

1Mənbələr