AZ

Səfir: 2025-ci il Azərbaycan-Böyük Britaniya münasibətlərini yeni səviyyəyə yüksəldib

Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurduğu Yeni illə bağlı videomüraciət dərc edib.

"Report" xəbər verir ki, britaniyalı diplomat müvafiq postu "Instagram" səhifəsində yerləşdirib.

Videonun əvvəlində F.Auld qeyd edib ki, bu Yeni il müraciəti onun Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi son müraciətidir.

"İlin əsas hadisəsi (2025-ci il - red.) dövlət naziri Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyevin Strateji Tərəfdaşlıq Sazişinin imzalanması yolu ilə münasibətlərimizi yeni səviyyəyə yüksəltmək qərarı oldu. Dekabrda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Koaker və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də təhsil və innovasiyalara həsr olunmuş ikitərəfli görüşlər keçiriblər", - səfir bildirib.

O, həmçinin vurğulayıb ki, 2025-ci ildə Laçına və Şuşa şəhərinə səfər edib və bu səfəri "müqayisəedilməz" adlandırıb.

"Qurduğumuz strateji tərəfdaşlıq təkcə hökumətlərimiz arasında rəsmi razılaşmalardan ibarət deyil, həm də inkişaf yaradan bizneslər, azərbaycanlı tələbələrin Britaniya universitetlərində unikal təcrübələri və mədəniyyətlər arasında yeni dostluqlar haqqındadır. Yeni ilin nələr gətirəcəyini səbirsizliklə gözləyirəm", - diplomat əlavə edib.

Seçilən
27
11
far.az

10Mənbələr