Gecə keçirilən nümayişlərdə tələbələr də iştirak ediblər. Onlar ölkədəki siyasi sistemin və dini rəhbərliyin əleyhinə şüarlar səsləndiriblər. Bəzi şəhərlərdə polis kütləvi həbslər həyata keçirib.
Bu nümayişlər son 3 ildə ən güclü aksiyalar sayılır. Sonuncu dəfə 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin polis şöbəsində müəmmalı ölümü bu qədər kütləvi etirazlara səbəb olmuşdu.
İran hökuməti etirazçılarla dialoqa hazır olduğunu bəyan edib. Prezident Məsud Pezeşkian bildirib ki, daxili işlər orqanlarına etirazçıların qanuni tələblərinə diqqətlə yanaşmaq barədə tapşırıq verib. İran hökuməti aksiya iştirakçılarının tələblərini haqlı sayır və onlarla danışıqlar aparmağın mexanizmi üzərində işləyir.
Artıq etirazlara beynəlxalq reaksiyalar da var. ABŞ konqresmeni Bred Şerman və Konqresin xarici əlaqələr komissiyası İrandakı etirazçıları dəstəklədiklərini bildiriblər.
İsrailin baş naziri Benyamin Netanyahu isə etirazları yerli hakimiyyətin “repressiv siyasətinin” və iqtisadi təzyiqin nəticəsi adlandıraraq bildirib ki,İranda müsbət dəyişikliklər yalnız daxildən yetişə bilər.
Tariyel Həsənov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta