Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraoğlu Ermənistanın "Zəngəzur dəhlizi"nə qarşı çıxmadığını bildirib və Türkiyə-Ermənistan münasibətlərində irəliləyişin ilk növbədə İrəvan və Bakı arasında razılaşmanın əldə edilməsindən asılı olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, Uraloğlu qeyd edib ki, həm keçmiş, həm də hazırkı Ermənistan nəqliyyat nazirləri ilə danışıqlar aparıb və Ermənistanın "dəhliz" layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına dair zəmanət alıb.
"Əvvəlcə Azərbaycan və Ermənistan danışıqlar masasına oturub razılığa gəlməlidirlər. Bundan sonra Türkiyə mehriban qonşuluq münasibətləri çərçivəsində Ermənistana qarşı addımlar ata biləcək. Bu, həm də prezidentimizin mövqeyidir", - deyə o bildirib.
Türkiyəli nazir "dəhliz"in strateji əhəmiyyətini vurğulayıb: