AZ

FİFA yeni mükafat təsis etdi

FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib.

Fanat.Az xəbər verir ki, məlumatı ali futbol qurumunun mətbuat xidməti yayıb.

İlk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.

FIFA 1991-ci ildən bəri ən yaxşı futbolçunu mükafatlandırır. Təşkilat qalibi 2009-cu ilə qədər müstəqil olaraq seçib. 2010-cu ildən 2015-ci ilə qədər mükafat "France Football" jurnalı ilə birgə təqdim edilib və "FIFA Qızıl Top" kimi tanınıb.

2016-cı ildən bəri iki mükafat təqdim edilib - biri jurnal, digəri isə FIFA tərəfindən.

Qeyd edək ki, son olaraq ilin ən yaxşı futbolçusu PSJ-nin cinah hücumçusu Usman Dembele seçilib.

Seçilən
62
12
fanat.az

10Mənbələr