Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksnadr Darahvelidze keçirdiyi brifinqdə belə deyib. “Dekabrın 30-da Daxili İşlər nazirliyinin əməkdaşları külli miqdarda narkotik vasitə götürüblər. İran vətəndaşı 157 kq heroini yük maşınında qonşu ölkədən qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirtdiyi üçün saxlanılıb. Dərmanlar mərmər plitələrə qablaşdırılıb”, - nazir müavini bildirib. Onun sözlərinə görə, Gürcüstanını Daxili İşlər nazirliyi cinayətdə iştirakı olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir. - İstintaq Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan maddələri ilə aparılır”, - Aleksandr Darahvelidze qeyd edib. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.