Tədqiqatın müəlliflərindən olan professorBencamin Qardnerinsözlərinə görə, “vərdişlər” deyəndə psixoloqlar davranış assosiasiyalarını nəzərdə tuturlar. Məsələn, işə gələn kimi bir stəkan çay içmək istəyi vərdişdir. Əgər vərdişlər olmasaydı, biz etməli olduğumuz hər hərəkətin üzərində fikirləşməli olacaqdır, bu isə qərar qəbul etmə prosesini olduqca çətinləşdirərdi.
Araşdırma qrupu Britaniyada və Avstraliyada yaşayan 105 nəfərin telefonuna bir həftə ərzində gündə 6 dəfə mesaj göndərərək hazırda nə ilə məşğul olduqlarını və bunu nə dərəcədə şüurlu edib-etmədiklərini soruşub. Yekun statistikadan məlum olub ki, təcrübədə iştirak edənlərin davranışlarının 88%-i avtopilotda həyata keçirilib ki, onların da 65%-i vərdişlərdən ibarət olub.
Ümumilikdə bu hərəkətlərin 76%-i şüurlu məqsədlərə xidmət edib. Sonuncu rəqəm çox vacibdir, çünki vərdişlərin həm də bizim həyatımızda böyük qurucu rolunun olduğunu göstərir.
- Vərdişlər özlüyündə pis və ya yaxşı deyillər. Əgər onlar sizin məqsədlərinizə çatmağınıza yardım edirlərsə, yaxşı, mane olurlarsa, pis vərdişlərdirlər, - Qardner deyib.
Maraqlıdır ki,idmanla məşğul olmaq vərdiş sayılmayıb. Çünki məlum olub ki, bunun üçün bütün hallarda iradənin iştirakı tələb olunur.
Nəticələr göstərir ki, düzgün seçilmiş vərdişləri inkişaf etdirməklə bir çox şəxsi və ictimai məqsədlərə çatmaq mümkündür.
Pis vərdişlərdən qurtulmaq üçün isə onları doğuran triggerləri dəyişmək lazımdır.
Samir Quliyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta