AZ

WP: “Ukraynanın prezidenti Zalujnı olacaq”

AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin köşə yazarı Devid İqnatiusun fikrincə, hazırkı dövlət başçısı Volodimir Zelenski istefa verdikdən sonra Valeri Zalujnı milli birlik hökumətinə rəhbərlik edəcək.

İqnatiusun namizədləri arasında Rusiya ilə “sülh razılaşmasını” legitimləşdirən seçkilərdə qalib gələn Volodimir Zelenski; Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov; daxili işlərin kuratoru və“dərin dövlət”i təmsil edən, Zelenskinin ofisi rəhbərinin müavini Oleq Tatarov; antikorrupsiya fəalı, proqramının əsasını“Korrupsiya öldürür. Ayılın!”şüarı təşkil edən Vitali Şabunin də yer alıblar.

Eyni zamanda, müharibə ilə bağlı proqnozlarda İqnatius“qanlı dalana dirənişin”davam, Ukrayna PUA-larının isə Rusiyanın kölgə donanmasını məhv edəcəyini, habelə Rusiyanın enerji ixracını yarıya qədər azaldacağını bildirib.

- Müharibə NATO-nun Avropa hava məkanına soxulan və mülki təyyarəni vurmaqla hədələyən Rusiya PUA-sını məhv etməsindən sonra genişlənəcək. Ukraynanın ərazi güzəştini və NATO-ya daxil olmaqdan imtina etməsini nəzərdə tutan sülh sazişi imzalanmayacaq”, - jurnalist iddia edib.

Xatırladaq ki, bundan əvvəl mediada Valeri Zalujnının 2026-cı ilin əvvəlində vəzifəsini tərk edərək Ukraynaya qayıtmağı planlaşdırdığı barədə məlumat yayılmşıdı. Lakin onun media üzrə müşaviri Oksana Torop bu məlumatı təkzib edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
111
azvision.az

1Mənbələr