Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
Artıq çəki və 2-ci növ diabet maddələr mübadiləsinin pozulması deməkdir. Bu isə beyinə pis təsir göstərir. Almaniyada aparılan təcrübələr zamanı maddələr mübadiləsinin qaydaya salınması yolu ilə artıq çəkidən qurtulan insanlarda beynin daha yaxşı işləməyə başlaması MRT vasitəsilə təsdiqlənib. Müşahidələr göstərib ki, bədənin insulin müqavimətinin və qanda leptin hormonunun azalması beyinin gəncləşməsinə birbaşa təsir göstərir. Sınaqda iştirak edənlər koqnitiv qabiliyyətlə əlaqəli test tapşırıqlarını daha sürətlə yerinə yetirməyə başlayıblar. Samir Quliyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.