AZ

Ofsaydla bağlı qaydalar dəyişdirilə bilər

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) 20 yanvar 2026-cı il tarixində keçiriləcək iclasında ofsayd qaydalarına dəyişikliklər etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.

Dəyişikliklər qəbul edilsə, yeni qaydalar 2026/27-ci illər mövsümündən qüvvəyə minə bilər.

Məlumata görə, qurumun London iclasında ofsayd qaydalarının mümkün dəqiqləşdirilməsi müzakirə olunacaq.

Hazırda ofsayd hücum edən oyunçunun bədəninin qol vura biləcəyi hər hansı bir hissəsi, qapıçı da daxil olmaqla, son müdafiə olunan futbolçudan daha çox rəqibin qapısına yaxın olduqda qeydə alınır.

Söhbət keçmiş futbolçu və məşqçi, hazırda FIFA-nın Dünya Futbolunun İnkişafı üzrə direktoru vəzifəsində çalışan Arsen Venger tərəfindən hazırlanmış “Venger Qanunu” kimi tanınan ofsayd qaydasından gedir. Vengerin təşəbbüsünə görə, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında görünən boşluq olduqda qəbul ediləcək. Əgər oyunçular bir-birinin ardınca düzülüblərsə, hətta qismən, məsələn, hücumçunun dabanı müdafiəçinin ayağı ilə eyni səviyyədədirsə, onda ofsayd sayılmayacaq.

Seçilən
21
1
fanat.az

2Mənbələr