"Xüsusi hərbi əməliyyat"ın döyüşçüləri doğma torpaqları, həqiqət və ədalət uğrunda vuruşurlar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa Yeni il müraciətində deyib.
“Siz doğma torpağınız, həqiqət və ədalət uğrunda mübarizə aparmaq məsuliyyətini öz üzərinizə götürmüsünüz. Rusiyada milyonlarla insan bu Yeni il gecəsində sizinlədir. Onlar sizi düşünür, sizə rəğbət və ümid bəsləyirlər”, - o bildirib.
Vladimir Putin əlavə edib ki, ruslar Rusiyanın müharibədə qələbəsinə inanırlar./Teleqraf