AZ

Napoli icarəyə götürdüyü futbolçunu birdəfəlik heyətinə qatacaq

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Heylunnu tam şəkildə heyətinə qatacaq.

"Report"un insayder Fabritsio Romanoya istinadən məlumatına görə, bu barədə Neapol təmsilçisinin idman direktoru Covanni Manna açıqlama verib.

O, hücumçunun komanda üçün vacib oyunçu olduğunu və satınalma bəndinin aktivləşəcəyini söyləyib.

Qeyd edək ki, danimarkalı forvardın icarə sözləşməsi yayda başa çatır. O, bu mövsüm "Napoli"də 19 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
3
cebheinfo.az

4Mənbələr