AZ

Fransada 15 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağan olunacaq

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Fransa 1 sentyabrda başlayacaq yeni tədris ilindən etibarən 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə Agence France-Presse yazıb. 

Nəşr parlamentin 2026-cı ilin əvvəlində müzakirəyə çıxaracağı qanun layihəsinə istinadən bildirib: "Qanun layihəsi ilə bağlı parlament müzakirələri 2026-cı ilin əvvəlinə planlaşdırılıb. İki maddədən ibarət qanun layihəsi 1 sentyabr 2026-cı il tarixindən etibarən 15 yaşdan kiçik yetkinlik yaşına çatmayanlara sosial şəbəkə xidmətlərinin göstərilməsini qadağan etməyi hədəfləyir.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər 15-16 yaşlı uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrə çıxışı qadağan etmək planlarını açıqlamışdı.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
7
unikal.az

8Mənbələr