ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Son bir həftədə öz sıralarında altı ərəb ölkəsini birləşdirən Körfəz Əməkdaşlıq Şurasının yaydığı bəyanat İran siyasi gündəminin əsas mövzularından birini təşkil edib. Məsələnin xüsusi diqqət çəkməsini şərtləndirən amillərdən biri də budur ki, İran hakimiyyəti son vaxtlar düşdüyü çətin durumun diktəsi ilə həmin Şuraya üzv olan dövlətlərlə yaxınlaşmaq siyasəti yürüdüb.Ərəb ölkələri İrana qarşı birləşib daha sərt "reaksiya" verə bilərmi?
“İranla İranın cənubunda olan ərəb ölkələri arasında qarşıdurmalar çox qədim bir münaqişədir. İlk növbədə onlar İran körfəzinə Ərəb körfəzi deyirlər. Dünyada bu məsələ hələ rəsmiyyət tapmayıb. Bəzən İran körfəzi, bəzən Ərəb körfəzi, bəzən isə Ərəb-İran körfəzi yazılır. İkinci məsələ budur ki, 1971-ci ildə ingilislər buradan ordusunu çıxardı. İki il İngiltərə ordusu burada idi və burada müstəqil hakimiyyət yox idi. Amma 1971-ci ildə İngiltərə öz qüvvələrini buradan çıxaranda İran körfəzinin cənub ətrafında olan kiçik ölkələrə istiqlal verdi”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bu ölkələrə istiqlal verilən zaman Hörmüz boğazının yaxınlığında olan 3 adanın - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının məsələsi əsl məsələyə çevrildi.
Maşallah Rəzmi
“İngiltərə ilə İran arasında bir şifahi anlaşma yarandı. İngiltərə dedi ki, Bəhreyn adasının müstəqilliyini qəbul edir, amma bir şərtlə ki, 3 adanı götürsün. Nəticədə 1971-ci ildə bu 3 ada İran qoşunları tərəfindən işğal edildi. Amma Əbu Musada ərəblər yaşayırdı. Qəra verildi ki, Əbu Musa İran və ərəblər tərəfindən idarə edilsin. 1992-ci ilə qədər heç bir problem olmadı”-deyə şərhçi bildirib.
Maşallah Rəzminin ərəb ölkələrinin İrana qarşı münasibəti ilə bağlı şərhini rəsmi YouTube kanalımızda izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.