İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 35 yaşlı forvarda Dubay təmsilçisi "Əl-İttifaq"dan təklif gəlib.
Sözügedən klub ölkənin səviyyəcə ikinci divizionunda mübarizə aparır.
Qeyd edək ki, ulduz futbolçu sonuncu dəfə yaşıl meydanlara 2024-cü il dekabrın 21-də çıxıb. O, A Seriyası çərçivəsində "Napoli" ilə oyunda "Cenoa"nın heyətində sonradan şans qazanıb.
Xatırladaq ki, Balotelli karyerası ərzində "Milan", "İnter", "Mançester Siti" və "Liverpul" kimi Avropa nəhənglərinin şərəfini qoruyub.
Bizim.Media