AZ

Tovuz Gömrük İdarəsi bu şəxsə həvalə edildi

Tovuz Gömrük İdarəsinə rəis əvəzi təyin edilib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Firdovsi Əbilov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən təyin edilib. 

Qeyd edək ki, o bu təyinatadək Lənkəran Gömrük Postunun rəisi olub.

Xatırladaq ki, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Pərviz Qədirov bir neçə gün əvvəl təqaüdə göndərilib.

Seçilən
56
2
bakivaxti.az

3Mənbələr