AZ

İran Mərkəzi Bankına yeni sədr təyin edilib

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ƏbdülnasirHemməti beş illik müddətə İran Mərkəzi Bankının sədri təyinedib.

Trend xəbər verirki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Fərmanda bildirilir ki, təyinat Hemmətinin fədakarlığı,səriştəsi və dəyərli peşəkar təcrübəsi nəzərə alınaraq,İqtisadiyyat və Maliyyə Nazirinin təklifi və Nazirlər Şurasınınqərarı əsasında, İran Mərkəzi Bankı haqqında Qanuna uyğun şəkildəverilib.

Prezident vurğulayıb ki, Mərkəzi Bankın yeni sədrinin valyutabazarının təşkili və idarə olunmasına, bank balanssızlığının aradanqaldırılmasına və likvidliyin nəzarət altına alınmasına xüsusidiqqət yetirməsi gözlənilir. Bu tədbirlər iqtisadi artımıdəstəkləməli, milli valyutanın dəyərini qorumalı və artırmalı,həmçinin sosial ədalətin təmininə xidmət etməlidir.

Məsud Pezeşkian Hemmətinin vəzifələrini uğurla yerinəyetirəcəyinə ümid etdiyini bildirib.

Təyinatdan sonra, 29 dekabrda İran tacirləri rialın qara bazardaucuzlaşmasına etiraz olaraq aksiya keçiriblər. Mərkəzi Bankın rəsmiməzənnəsinə görə, 1 ABŞ dolları 755.000 riala bərabər olsa da, qarabazarda 1,4 milyon riala çatıb ki, bu da milli valyutanın davamlıucuzlaşmasını göstərir.

Seçilən
72
3
az.trend.az

4Mənbələr