AZ

Kadırov Moskvada təcili xəstəxanaya yerləşdirildi: Nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ramzan Kadırovun dekabrın 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Novaya Gazeta Europe nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Kadırov dekabrın 24-də Moskvaya gəlib, burada Vladimir Putinin və region rəhbərlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan Dövlət Şurasının iclasında iştirak etmək istəyib. Lakin səhhətinin qəfil pisləşməsi səbəbindən o, Prezident Administrasiyasının tabeliyində olan Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Mənbənin iddiasına görə, Moskvada onu güclə xilas edə biliblər, bundan sonra isə Kadırov evinə qayıdıb və həmin vaxtdan bəri ictimaiyyət qarşısında görünməyib.

Qeyd olunur ki, 2026-cı ildə respublikada region rəhbərinin seçkiləri keçirilməlidir. Kadırovun bu seçkilərdə iştirak edə bilməməsi halında, Moskvada mümkün varislərlə bağlı hər hansı qeyri-rəsmi və ya qapalı danışıqlar aparılmayacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
3
globalinfo.az

4Mənbələr