AZ

8 ildən sonra ilk: Dollar kəskin ucuzlaşır

ABŞ dolları 2017-ci ildən bəri ən kəskin ucuzlaşmanı nümayiş etdirir. Uoll-Strit analitikləri Amerika valyutasının gələn il də zəifləyəcəyini proqnozlaşdırırlar.

Publika.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

2025-ci ildə dollar əsas valyutalar səbətinə nisbətən 9,5% dəyər itirib. Buna ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin dünyanın ən böyük iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqları artırması və dolların investorlar üçün “təhlükəsiz aktiv” statusunu sual altına qoyması səbəb olub.

Zəifləyən dollar fonunda əsas valyutalar arasında ən böyük artımı avro göstərib: avro təxminən 14% bahalaşaraq 1,17 dolları keçib. Bu səviyyə sonuncu dəfə 2021-ci ildə qeydə alınmışdı.

Dolların ucuzlaşmasına Trampın aprel ayında ABŞ-ın ticarət tərəfdaşlarına qarşı tariflər tətbiq etməsi də təsir göstərib. Həmin vaxt dollar əsas valyutalara nisbətən 15% dəyər itirib.

Seçilən
91
6
publika.az

10Mənbələr