AZ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Göyçayda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.Bizim.Media xəbər verir ki, bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 6 nəfər - 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov,  2020-ci il təvəllüdlü Orxan Məsimov və eyni ildə anadan olmuş Ayxan Məsimov, həmçinin, 2000-ci il təvəllüdlü İsa Əliyev və 2006-cı il təvəllüdlü Loğman Əliyev xəsarət alıblar.2018-ci il təvəllüdlü Nihat Məsimov isə aldığı xəsarətlərdən vəfat edib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın  yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.Bizim Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
bizim.media

3Mənbələr