ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Göyçayda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.Bizim.Media xəbər verir ki, bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 6 nəfər - 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2020-ci il təvəllüdlü Orxan Məsimov və eyni ildə anadan olmuş Ayxan Məsimov, həmçinin, 2000-ci il təvəllüdlü İsa Əliyev və 2006-cı il təvəllüdlü Loğman Əliyev xəsarət alıblar.2018-ci il təvəllüdlü Nihat Məsimov isə aldığı xəsarətlərdən vəfat edib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.Bizim Media, Aran bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.