AZ

Türkiyə Superkubokunun yarımfinal qarşılaşmasının vaxtı dəyişdirilə bilər

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klubları 5 yanvartarixində keçirilməsi nəzərdə tutulan Superkubokun yarımfinalqarşılaşmasının vaxtının dəyişdirilməsi üçün Türkiyə FutbolFederasiyasına rəsmi müraciət ediblər.

Trend-inməlumatına görə, hər iki klub federasiyaya göndərdikləri məktubdagörüşün mövcud tarixdə keçirilməsinin çətin olduğunu bildirib.Onlar sıx oyun təqvimini, qış mövsümündə gözlənilən əlverişsiz havaşəraitini və komandaların fiziki vəziyyətini əsas səbəblər kimigöstəriblər.

Müraciətdə qeyd olunub ki, mövcud şərtlər altında matçın həmidman keyfiyyəti, həm də təhlükəsizlik baxımından istənilənsəviyyədə təşkili çətinləşir və buna görə qarşılaşmanın daha uyğuntarixə keçirilməsi məqsədəuyğundur.

Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı yaxın günlərdəyekun qərar verməsi gözlənilir. Qərardan sonra Superkubokyarımfinalının təqvimində dəyişiklik olub-olmayacağırəsmiləşəcək.

Seçilən
30
az.trend.az

1Mənbələr