AZ

Güclü külək Bakı və ətraf ərazilərə ciddi ziyan vurduVİDEO

Gecədən başlayan güclü külək bakı və ətraf ərazilərdə ciddi fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, paytaxtın binəqədi rayonu, biləcəri qəsəbəsi, əhməd qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Aşan ağacın budaqları həyətdəki avtomobilə də zərər vurub.

Nəsimi rayonunda da güclü külək ağacı kökündən çıxarıb. Aşan ağac avtomobilin üzərinə  düşüb.

Əhmədbəy Ağaoğlu küçəsində isə tikintisi tamamlanmamış çoxmərtəbəli binanın hasarı uçub.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, gecə saatlarından etibarən bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb. Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən  şəkildə  götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
1
xezerxeber.az

2Mənbələr