AZ

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində, avtomobil yolunda baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində 7 yaşlı Nihat Məsimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
23
1
sia.az

5Mənbələr