AZ

Etirazçı Somaliland sakinləri küçələrə çıxdılar...

...İsrailin Somalilandın müstəqilliyini tanımasından sonra Afrika bölgəsində etirazlar başlayıb.

Sakinlər hökumətlərinin Təl-Əvivlə əməkdaşlığına etiraz ediblər.

SİA xəbər verir ki, "The Middle East Eye" qəzetinin məlumatına görə, regional paytaxt Hargeisadan 50 kilometr aralıda yerləşən Boroma şəhərində insanlar küçələrə çıxaraq İsrail əleyhinə və Fələstini dəstəkləyən şüarlar səsləndiriblər.

Somalilandlıların əllərində Fələstin bayraqları tutan videoları sosial mediada yayılıb.

Bəzi etirazçılar "Fələstin üçün azadlıq, azadlıq", digərləri isə "Biz separatçı deyilik" şüarları səsləndiriblər.

Xatırladaq ki, cümə günü İsrailin Baş naziri Benyamin Netanyahu Somalilandın müstəqil dövlət kimi tanındığını elan edib və kənd təsərrüfatı, səhiyyə, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlıq etmək istəyini bildirib.

Və özünü elan edən dövlətin prezidenti Əbdürrəhman Məhəmməd Abdullahi Təl-Əvivin qərarını tarixi adlandırıb və bunun "qarşılıqlı maraqların irəliləməsi və regional sülhün və təhlükəsizliyin gücləndirilməsində strateji tərəfdaşlığın başlanğıcı" olduğunu qeyd edib.

...Yeri gəlmişkən, Yəmənin Ənsar Allah (Husi) hərəkatı İsrailin Somalilandda hərbi mövcudluq yaratmaq cəhdlərinə cavab verəcəyini bildirib.

Əli Babayev

Seçilən
31
1
sia.az

2Mənbələr